21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Beynəlxalq Ana Dili Gününə həsr edilən elmi sessiya keçiriləcək

19-02-2025
IMG

Fevralın 21-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçiriləcək.

Fhnews.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib.

Bildirilib ki, elmi sessiyada “Yeni media blok dili”, “Azərbaycan dili və nitq mədəniyyəti məsələləri”, “Müasir Azərbaycan dilində nitq normalarının pozulması”, “Azərbaycan dili və gəncliyimiz” mövzuları müzakirə olunacaq.

Paylaş: