20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Quraqlıq Qanada epidemiyaya səbəb olub

18-02-2025
IMG

Qərbi Afrika ölkələrindən biri olan Qananın Yuxarı Qərb əyalətində meningitdən 16 nəfər ölüb. Ölkədə ölüm halların sayının artması ilə bağlı narahatlıqlar var. Yuxarı Qərb əyalətinin səhiyyə direktoru Damien Punguyire yerli televiziyaya verdiyi açıqlamada əyalətdə 129 meningit hadisəsinin aşkar edildiyini və onlardan 16-nın həyatını itirdiyini deyib.

Epidemiya səbəbindən 29 nəfər müalicə alır, yoluxma hallarının sayı  artmaqda davam edir.

Qeyd edək ki, hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilər.

Paylaş: