20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

AMB ilə İslam İnkişaf Bankı arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə olunub

17-02-2025
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir ilə görüşüb.

AMB-dən verilən məlumata görə, görüşdə İslam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin texniki yardımlar vasitəsilə bu istiqamətdə ölkədə potensialın artırılmasının təşviq olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: