Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb
Cari ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Fhnews.az narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-ci ilin yanvar ayının yekununa dair məlumata istinadla xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanıb. Onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 750 kiloqram 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kiloqram 035,96 qramını marixuana, 28 kiloqram 335,05 qramını heroin, 13 kiloqram 146,382 qramını tiryək, 9 kiloqram 230,5 qramını həşiş, 3 kiloqram 621,6 qramını digər narkotik vasitələr və 14 kiloqram 958,534 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan 750 kiloqram 328, 026 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib. Onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-i kişi, 8-i qadındır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilən 7 xarici ölkə vətəndaşından 3-ü İran İslam Respublikası, 2-si Rusiya, biri Gürcüstan, biri isə Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kiloqram 9,195 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kiloqram 322,226 qram və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilən cinayətlərin 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kiloqram 732,81 maddə müsadirə edilib.
97 cinayət faktı əvvəllər məhkum olunan şəxslər tərəfindən törədilib və onlardan 283 kiloqram 321,7 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin çəkisi 80 kiloqram 693,581 qram, məsuliyyətə cəlb olunan şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalıb. Bu kateqoriyadan olan digər cinayətlərin sayı bir vahid artıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılan güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kiloqram 878,85 qram (67,1 faiz), tiryəkin çəkisi 2 kiloqram 958,494 qram (18,4 faiz), həşişin çəkisi 13 kiloqram 603,05 qram (59,6 faiz), psixotrop maddələrin çəkisi 8 kiloqram 119,957 qram (35,2 faiz) azalıb.
Müsadirə edilən müxtəlif növ narkotik vasitələrin 750 kiloqram 328,026 qramını (90,7 faiz) marixuana təşkil edib. Onun da 623 kiloqram 411,36 qramı (83 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 57 kiloqram 624,6 qramı (7,6 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə olunan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilən 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.
Yeni statistik hesabat formasına uyğun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7 min 859 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Cari ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 64 vətəndaş müraciəti daxil olub. Onların 2-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 7-si narkotik asılılıqdan müalicə, 55-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və digər) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 9 məktub ünvanlanıb.
“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hazırda ölkə ərazisində müşahidə edilən...
ETSN: Bakıda və Abşeron yarımadasında...
Xəzər dənizində dalğanın hündürlüyü 5,5...
Sabah Bakıda və Abşeron yarımadasının...
Qarlı havada travmaya görə Təcili və...