“Yol polisimlə bir gün” layihəsi çərçivəsində məktəblilər NİİM-də olublar
Baş Dövlət Yol Polisi İdarəsinin uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirdiyi “Yol polisimlə bir gün” layihəsi çərçivəsində məktəblilər bu dəfə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) olublar.
Mərkəzdən verilən məlumata görə, tədbir zamanı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini, tıxacların idarə olunmasını və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.
Bununla yanaşı, yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, eləcə də təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Şagirdlər, həmçinin polis və nəqliyyat mütəxəssisləri ilə interaktiv söhbətlər apararaq onları maraqlandıran suallara cavab alıblar.
Bu cür maarifləndirici tədbirlər məktəblilərdə yol hərəkəti mədəniyyətini formalaşdırmaq, onların təhlükəsizlik qaydalarına əməl etməyə təşviq etmək və hüquq-mühafizə orqanlarına inam hissini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda ölkə ərazisində müşahidə edilən...
ETSN: Bakıda və Abşeron yarımadasında...
Xəzər dənizində dalğanın hündürlüyü 5,5...
Sabah Bakıda və Abşeron yarımadasının...
Qarlı havada travmaya görə Təcili və...