ETSN: Bakıda və Abşeron yarımadasında iqlim normasından 7,5 dərəcə aşağı temperatur müşahidə olunur
Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7,5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.
Mətbuat katibi bildirib ki, Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.
ADY-nin qatarları qarlı-çovğunlu hava...
AZAL-ın təyyarələri qarlı-çovğunlu hava...
Qubada zəlzələ baş verib...
Xocalı rayonunda mina hadisəsi baş...
Küləkli hava şəraiti ilə əlaqədar...