22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Qaradağ ərazisində silah-sursat aşkarlanıb (video, foto)

21-02-2025
IMG

Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62x39 mm-lik mərmi, 142 ədəd 5.45x39 mm-lik mərmi, 100 ədəd 9x18 mm-lik mərmi, 1 ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiş tüfəng olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş: