DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 650-dək benefisiara xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında ötən dövr ərzində 650-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 128-i əlilliyi olan şəxslər, qalanları şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olanlar və digər həssas qruplara aid şəxslər olub.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
2021-ci ilin oktyabr ayında açılışı olan Mərkəzin İsmayıllı və Bərdə rayonlarında filialları da fəaliyyət göstərir.
Mərkəz və filiallarında hazırda 201 benefisiar 14 fərqli fəaliyyət istiqaməti üzrə təlimlərdə bacarıqlarını inkişaf etdirir. Benefisiarlarla bağlı reabilitasiya işləri də aparılır.
Xəzər dənizində dalğanın hündürlüyü 5,5...
Sabah Bakıda və Abşeron yarımadasının...
Qarlı havada travmaya görə Təcili və...
Yanvarda yaşa görə aylıq sosial müavinət...
Bu ərazilərdən quşçuluq məhsullarının...