ABŞ-da qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb
Bu qış ABŞ-da mövsümi qripdən ölənlərin sayı beş ildə ilk dəfə olaraq COVID-19 virusundan ölənlərin sayını ötüb.
Fhnews.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə ABŞ Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə Birləşmiş Ştatlarda geniş yayılmağa başlayan COVID-19 virusu adi qripdən 42 dəfə çox insanın həyatına son qoymuşdu. Lakin yeni məlumatlar 2025-ci ildə dinamikanın dəyişdiyini göstərir.
ABŞ səhiyyə orqanları hesab edirlər ki, 2024-cü ilin oktyabr ayından bəri ölkədə azı 29 milyon insan qripə yoluxub, 370 min nəfər xəstəxanaya yerləşdirilib və onlardan 16 mini həyatını itirib. Eyni zamanda, koronavirusdan ölüm hallarında azalma və virusda daha az fəsada səbəb olan mutasiyaya uğrama qeydə alınıb.
Sənətin içindəki gizli riyaziyyat...
Kolumbiyada meşələrin qırılması 2024-cü...
Ərzurumda 4,4 bal gücündə zəlzələ olub...
“Microsoft” 2030-cu ilədək kvant...
Norveçdə şimal işıqları: təbiətin...