Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sürücülərə sürət həddini hava şəraitinə uyğun tənzimləmək, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinmək tövsiyə edilir. Təcrübəsiz sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə olunmur.
ADY-nin qatarları qarlı-çovğunlu hava...
AZAL-ın təyyarələri qarlı-çovğunlu hava...
Qubada zəlzələ baş verib...
Xocalı rayonunda mina hadisəsi baş...
Küləkli hava şəraiti ilə əlaqədar...