22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

İtaliyanın "ağıllı ada"sı  Aralıq dənizindəki digər adalara nümunədir

21-02-2025
IMG

Elektrik ehtiyacının yüz faizinin bərpa olunan enerji ilə ödəndiyi, organik məhsulların yetişdirildiyi və balıqçılıq fəaliyyətlərinin həyata keçirildiyi Kapraya adası təcrübələri ilə Aralıq dənizindəki digər adalara nümunədir.

Materikdən 30 kilometr uzaqlıqdakı adada başladılan  “Smart Island Capraia” layihəsi çərçivəsində ada sakinləri elektrik enerjisini bərpa olunan enerji mənbələrindən istehsal edir, kənd təsərrüfatında və evlərdə istifadə üçün yağış sularını yığır,adada əkinçilik və balıqçılıq fəaliyyətini organik şəkildə həyata keçirməyə çalışırlar.

Materikdən uzaqda olduğu üçün üzun illər ərzində məhbusların göndərildiyi və açıq həbsxana kimi istifadə edilən ada 1986-cı ildən sonra ziyarətçilərin üzünə açılıb.
Materikdən adaya uzanan elektrik şəbəkəsi olmadığı üçün bu əlverişsiz vəziyyət üstünlüyə çevrilərək adanın enerji ehtiyacını bərpa olunan mənbələrdən ödəmək üçün addımlar atıldı.

Bu məqsədlə Şimali Avropadan gətirilən yağlı bitkilərdən biodizel əldə olunaraq enerjiyə çevrildi, bələdiyyə tərəfindən adanın müxtəlif yerlərində günəş panelləri yerləşdirildi.
Adada ümumi tutumu 126 min kubmetr olan iki tarixi su hövzəsi yağış suyunun yuğılması üçün istifadə olunur.

“Ağıllı ada” süni balıq istehsalında antibiotiklərdən istifadə edilmədiyi üçün Smart Island Avropa İttifaqının (AB) orqanik sertifikatına malikdir.

“Smart Island Capraia” layihəsi davamlılıq və dairəvi iqtisadiyyat model sayəsində Avropa Komissiyası tərəfindən mükafatlandırılıb. 1980-1990-cı illərdə ada ziyarətçilərin üzünə açıldığı zaman adanın yerli əhalisi investisiyaları rədd edərək adanın təbiətini və biomüxtəlifliyini qorudu. Bu səylər sayəsində illər ərzində balıq ovlayan qartallar və Aralıq dənizi suitilərinin adaya qayıtdığı müşahidə edilib.

Paylaş: