Mərakeş və İspaniya arasında "narkotik tuneli" tapılıb
İspaniyanın Şimali Afrikadakı Seuta bölgəsi ilə Mərakeş arasında narkotik qaçaqmalçılığı üçün istifadə edilən 12 metr dərinliyində tunel aşkar edilib.Bu barədə İspaniya polisi açıqlama verib.
Sənaye zonasındakı anbarda axtarış zamanı aşkarlanan və əsas işıqlandırma sistemi ilə təchiz edilən tunelin 12 metr dərinliyində olduğu bildirilsə də, uzunluğu hələ müəyyən edilməyib. Qeyd olunub ki, “Hədes” adlı əməliyyatda son 3 həftədə 2-si polis olmaqla 14 nəfər saxlanılıb və 6 min kiloqram narkotik maddə ələ keçirilib.
Qeyd edək ki, Şimali Afrika ilə Avropa arasında narkotik ticarəti üçün tranzit məntəqəsi olan Seuta uzun müddətdir ki, qaçaqmalçılıq əməliyyatlarının mərkəzindədir.
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...
İtaliyanın "ağıllı ada"sı Aralıq...
Tarixdə ilk sikkənin Anadoluda istifadə...
Milli Hidrometeorologiya Xidməti: Dağlıq...