22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində həssas qruplara aid 22,5 min şəxs kiçik biznes qurub

21-02-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində artıq 22,5 min işsiz şəxsə aktivlər verilərək kiçik bizneslərini qurmalarına dəstək göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan həmin layihə 2020-2025-ci illəri əhatə edir.

Layihənin məqsədi əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaratmaqdır.

Layihənin 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulsa da, bu il həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılıb.

Paylaş: