22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçıları üçün ikinci mərhələ başlayır

21-02-2025
IMG

Ədliyyə Nazirliyinin dekabrın 1-də keçirilən test imtahanında müvəffəqiyyət qazanan namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Müsabiqə Komissiyası bildirib ki, həmin şəxslərin sənədləri toplanılaraq yoxlanılıb. Martın 10-dan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilən tələblərə cavab verən namizədlərlə bu mərhələdə söhbət keçirilməsinə başlanılacaq.

Söhbət nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanan hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin qulluğa qəbul olunmaları məsələsinə baxılacaq.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Paylaş: