“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissənin “a” bəndində “təyyarə meydanları” sözləri “aerodromlar və ya helikopter meydançaları” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydaları”nın 14-cü hissəsinin birinci abzasında “vertolyotların” sözü “helikopterlərin” sözü ilə əvəz edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar” üzrə:
1.3.1. 4.4-cü bəndin birinci cümləsində “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin;
1.3.2. 5.1-ci bənddə “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə və “beynəlxalq xətt” sözləri “beynəlxalq uçuşlar” sözləri ilə əvəz edilsin;
1.3.3. 5.3-cü bəndin ikinci abzasında “aeroport” sözü “hava limanı” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 79) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”nin 4.8-ci bəndinin beşinci abzasında “vertolyotlarını” sözü “helikopterlərini” sözü ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78, № 11, maddə 1260) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti məntəqələri haqqında Əsasnamə” üzrə:
3.1.1. 3-cü bölmənin birinci hissəsinin altıncı abzasında “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin;
3.1.2. 5-ci bölmənin yeddinci abzasının birinci cümləsində “milli və xarici hava gəmilərinin xüsusi uçuşları” sözləri “Azərbaycan Respublikasına və xarici dövlətə mənsub hava gəmilərinin liter reysləri” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 2.21-ci bəndinin birinci cümləsində “aeroportda” sözü “hava limanında” sözləri ilə əvəz edilsin;
3.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları” üzrə:
3.3.1. 2-ci hissənin birinci və ikinci abzaslarına “xarici” sözündən sonra, həmin hissənin ikinci abzasına “Xarici” sözündən sonra və 4-cü hissənin birinci abzasının birinci cümləsinə “xarici” sözündən sonra “dövlətə mənsub” sözləri əlavə edilsin;
3.3.2. 2-ci hissənin birinci abzasında “gəmilərin” sözü “hava gəmilərinin” sözləri ilə, həmin hissənin ikinci abzasında “və yaxınlıqdakı” sözləri “və ya ölkə daxilində yaxınlıqdakı” sözləri ilə əvəz edilsin;
3.3.3. 3-cü hissənin birinci abzasında “aviasiya hissələrinin, hava hücumundan müdafiə qoşun birləşmələrinin və ya yuxarı komanda məntəqələrinin əməliyyat növbətçilərinin qərarı” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbi” sözləri ilə əvəz edilsin;
3.3.4. 3-cü hissənin birinci abzasında (birinci və ikinci hallarda), 4-cü hissədə (hər üç halda), 7-ci hissədə və qeyd hissəsinin ikinci cümləsində ismin müvafiq hallarında “təyyarə” sözü ismin müvafiq hallarında “hava gəmisi” sözləri ilə əvəz edilsin;
3.3.5. 4-cü hissənin birinci abzasının birinci cümləsində, 5-ci hissənin birinci abzasının ikinci cümləsində (hər iki halda), 7-ci hissədə və 8-ci hissənin birinci abzasının birinci cümləsində ismin müvafiq hallarında “vertolyotlar” sözü ismin müvafiq hallarında “helikopterlər” sözü ilə əvəz edilsin;
3.3.6. 4-cü hissənin birinci abzasının ikinci cümləsində, 9-cu hissənin birinci cümləsində ismin müvafiq hallarında “təyyarələr” sözü ismin müvafiq hallarında “hava gəmiləri” sözləri ilə əvəz edilsin;
3.3.7. 8-ci hissənin ikinci abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 79, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.3-cü bəndinin onuncu abzasının “Tədbirlər” sütununda “aeroport” sözü “hava limanı” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 iyul tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3-cü hissənin birinci abzasında “aviasiya marşrutları” sözləri “hava marşrutları” sözləri ilə və üçüncü abzasında “aviasiya marşrutları sərnişin təyyarələrinin birinci” sözləri “hava marşrutları sərnişin daşımasını həyata keçirən hava gəmilərinin birinci dərəcəli” sözləri ilə əvəz edilsin;
5.2. 5-ci hissənin birinci cümləsində “Təyyarənin” sözü “Hava gəmisinin” sözləri ilə əvəz edilsin;
5.3. 5-ci hissənin ikinci cümləsində, 20-ci hissənin birinci abzasının ikinci cümləsində və 21-ci hissədə ismin müvafiq hallarında “təyyarə” sözü ismin müvafiq hallarında “hava gəmisi” sözləri ilə əvəz edilsin;
5.4. 5-ci hissənin üçüncü cümləsində “Xarici aviasiya xətlərində” sözləri “Beynəlxalq hava daşımalarında” sözləri ilə əvəz edilsin;
5.5. 20-ci hissənin birinci cümləsində “aeroportlara” sözü “hava limanlarına” sözləri ilə və “aeroportlardan” sözü “hava limanlarından” sözləri ilə əvəz edilsin;
5.6. 20-ci hissənin birinci abzasının ikinci cümləsində “aeroporta” sözü “hava limanına” sözləri ilə əvəz edilsin;
5.7. 21-ci, 30-cu və 31-ci hissələrdə “aeroporta” sözü “hava limanına” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli Qərarı (Cild I); 2024, № 2, maddə 242, № 5 (II kitab), maddə 612, № 7, maddə 910) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on birinci abzasında “uçan aparatlar” sözləri “uçuş aparatları” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804 (Cild I); 2024, № 9, maddə 1090) 2 nömrəli əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri”nin “Ödənişli məlumatlar” bölməsinin 5-ci hissəsinin onuncu abzasında “respublika aeroportu” sözləri “hava limanı” sözləri ilə, on birinci abzasında “aviasiya marşrutları” sözləri “hava marşrutları” sözləri ilə və “yerli aeroportlar” sözləri “hava limanları” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 206 (Cild I) ilə təsdiq edilmiş “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”nın 2.3-cü bəndində “təyyarə” sözü “hava” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381 (Cild I) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2-ci bəndinin səkkizinci abzasında “vertolyot” sözü “helikopter” sözü ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 462 (Cild I) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dәrәcәlәri və qaydaları”nın V bölməsinin onuncu abzasının “Aparılan müşahidələrin, xidmət işlərinin adı” sütununda “aeroportu” sözü “hava limanı” sözləri ilə, on birinci abzasının “Aparılan müşahidələrin, xidmət işlərinin adı” sütununda “aviasiya marşrutları” sözləri “hava marşrutları” sözləri ilə və “aeroportlar” sözü “hava limanları” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin səkkizinci abzasında “və hava nəqliyyatlarının ekipaj” sözləri “nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 246 (Cild I); 2024, № 9, maddələr 1067, 1106) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın “XXVII. Nəqliyyat” bölməsinin “Mülki aviasiya” hissəsinin birinci abzasında “uçma aparatlara” sözləri “uçuş aparatlarına” sözləri ilə, ikinci abzasında “uçma təlim” sözləri “uçuş təlimi” sözləri ilə əvəz edilsin və on ikinci abzasına “təyyarələrin” sözündən sonra “və helikopterlərin” sözləri əlavə edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360 (Cild I); 2024, № 2, maddələr 208, 229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 546 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri”nin 2.7-ci bəndinin dördüncü abzasında “Təyyarə” sözü “Aerodromlar və helikopter” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 475 (Cild I) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
14.1. IV bölmənin adında “uçuş” sözü “uçuşlarının” sözü ilə əvəz edilsin;
14.2. 4.2-ci bənddə “Azərbaycan Respublikasında qüvvədə olan, mülki aviasiyanın fəaliyyətini nizama salan qanunvericilik və normativ hüquqi aktların” sözləri “uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq standartlara, habelə aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin;
14.3. 4.3-cü bəndin birinci abzasında “İKAO-nun Standartlarını və Tövsiyə praktikasını” sözləri “Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini” sözləri ilə əvəz edilsin;
14.4. 4.4-cü bəndin ikinci abzasında “şəhadətnamələri (sertifikatları)” sözləri “sertifikatı” sözü ilə əvəz edilsin;
14.5. 4.6-cı bəndin üçüncü abzasına “hava gəmilərinin” sözlərindən sonra “, hava limanlarının” sözləri əlavə edilsin, həmin bəndin dördüncü abzasında “münaqişələrinin” sözü “insidentlərinin” sözü ilə, beşinci və doqquzuncu abzaslarında ismin müvafiq hallarında “komanda-rəhbər, uçuş, dispetçer, mühəndis-texniki heyətlər” sözləri ismin müvafiq hallarında “aviasiya personalı” sözləri ilə və altıncı abzasında “şəhadətnamənin (sertifikatın)” sözləri “şəhadətnamə, vəsiqə və sertifikatların” sözləri ilə əvəz edilsin;
14.6. 4.7-ci bəndin altıncı abzasında “aerodromların” sözü “hava limanlarının (aerodromlarının)” sözləri ilə, “şəhadətnamələr” sözü “sertifikatlar” sözü ilə əvəz edilsin, həmin bəndin yeddinci abzasında “yararlı olması haqqında vəsiqələr” sözləri “yararlılıq sertifikatlarını” sözləri ilə, səkkizinci abzasında “münaqişələrinin tədqiqatının gedişinə nəzarət edir” sözləri “insidentlərinin araşdırılmasının gedişində iştirak edir” sözləri ilə, doqquzuncu abzasında “qəzaya” sözü “aviasiya hadisəsinə” sözləri ilə və “edilməsini təşkil” sözləri “edilməsində iştirak” sözləri ilə əvəz edilsin;
14.7. 4.7-ci bəndin “b” yarımbəndində “xarici hava gəmilərinin” sözləri “xarici dövlətə mənsub hava gəmilərinin” sözləri ilə, “Standartları və Tövsiyə praktikasının (SARPS)” sözləri “beynəlxalq standartları və tövsiyə olunan təcrübəsinin” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684 (Cild I); 2024, № 9, maddə 1090; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 546 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 6.13-cü bəndin beşinci abzasında “aeroport” sözü “hava limanı” sözləri ilə əvəz edilsin;
15.2. 6.14-cü bəndin ikinci abzasında “aeroportlar” sözü “hava limanları” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 285 (Cild I); 2024, № 9, maddə 1055) ilə təsdiq edilmiş “Cəza çəkmədən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası”nın 4-cü hissəsinin birinci cümləsində “təyyarə” sözü “sərnişin” sözü ilə əvəz edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 534 nömrəli, 29 dekabr tarixli 558 nömrəli və 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.9-cu bəndində “təyyarədə” sözü “hava gəmisində” sözləri ilə əvəz edilsin.
18. “Viza blankının təsviri, spesifikasiyası və nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 dekabr tarixli 153 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12, maddə 741 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
18.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Viza blankının təsviri”nın birinci hissəsində “İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının)” sözləri “Beynəlxalq Mülki Aviasiya Təşkilatının” sözləri ilə əvəz edilsin;
18.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Viza blankının spesifikasiyası”nın birinci hissəsində “İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının)” sözləri “Beynəlxalq Mülki Aviasiya Təşkilatının” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579, № 9, maddələr 1067, 1106) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “XXX. Nəqliyyat” bölməsinin “Ç. Mülki aviasiya” hissəsinin 128-ci, 130-cu, 148-ci və 151-ci (hər iki halda) bəndlərinin “İstehsalat, peşə və vəzifələrin adı” sütununda ismin müvafiq hallarında “vertolyotlar” sözü ismin müvafiq hallarında “helikopterlər” sözü ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); 2024, № 2, maddə 208, № 4, maddə 472, № 5 (II kitab), maddə 612, № 9, maddə 1090; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 548 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydası”nın 3.12-ci bəndinin dördüncü abzasında “vertolyotla” sözü “helikopterlə” sözü ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957 (Cild I); 2024, № 2, maddə 229) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndinin altıncı abzasında “vertolyot” sözü “helikopter” sözü ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 54 (Cild I); 2024, № 4, maddə 472) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın V hissəsinin on beşinci abzasında “vertolyotla” sözü “helikopterlə” sözü ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388 (Cild I) ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 8.1-ci bəndinin birinci cümləsində “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450, № 5 (II kitab), maddə 585, № 7, maddə 902, № 9, maddələr 1048, 1063) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 12-ci hissəsində “aeroport” sözü “hava limanı” sözləri ilə və “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 190 (Cild I); 2024, № 1, maddə 81) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
25.1. “1B001,b”, kateqoriyasının “Adları” sütununun “Qeyd” hissəsində “pilotsuz hava uçuş” sözləri “pilotsuz uçuş aparatı” sözləri ilə, “9A105,b”, “9A107” və “9A119” kateqoriyalarının “Adları” sütununda “pilotsuz hava nəqliyyat” sözləri “pilotsuz uçuş aparatı sistemlərinin” sözləri ilə, “ML10” kateqoriyasının “Adları” sütununun “g” bəndində “ekipaj” sözü “hava gəmisinin heyəti” sözləri ilə əvəz edilsin;
25.2. Siyahının mətni üzrə ismin müvafiq hallarında “vertolyot” sözü “helikopter” sözü ilə əvəz edilsin.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 907 (Cild I); 2024, № 2, maddə 233) ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
26.1. 2.3-cü bənddə “ekipajlarının” sözü “heyətlərinin” sözü ilə əvəz edilsin;
26.2. 2.4-cü bənddə “vertolyotdan” sözü “helikopterdən” sözü ilə əvəz edilsin;
26.3. 3.1-ci bənddə (hər iki halda) və 3.2-ci bəndin birinci abzasında (hər iki halda) “ekipaj” sözü “heyət” sözü ilə əvəz edilsin;
26.4. 3.2-ci bəndin birinci abzasında “vertolyotların” sözü “helikopterlərin” sözü ilə əvəz edilsin;
26.5. 3.5-ci bənddə (hər üç halda) “vertolyotlardan” sözü “helikopterlərdən” sözü ilə əvəz edilsin;
26.6. 3.3-cü bənddə “qəza-xilasetmə (axtarış-xilasetmə)” sözləri “axtarış və xilasetmə” sözləri ilə əvəz edilsin.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası”nın 5.2-ci bəndində “təyyarələrə” sözü “hava gəmilərinə” sözləri ilə əvəz edilsin.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182 (Cild I); 2024, № 2, maddələr 209, 211, 233) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 2.5-ci bəndində “təyyarələrdə” sözü “hava gəmilərində” sözləri ilə və “təyyarənin” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 15.21-ci bəndində “Məsafədən idarə edilən pilotsuz uçan aparatların” sözləri “Mülki pilotsuz uçuş aparatlarının” sözləri ilə əvəz edilsin.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 27 avqust tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 834 (Cild I) ilə təsdiq edilmiş “Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları”nın 3.3-cü bəndində “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379 (Cild I) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın 5.1-1-ci bəndində “aeroportun” sözü “hava limanının” sözləri ilə əvəz edilsin.
32. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:
32.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uçuş heyəti üçün ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 1.8-ci bəndində “vertolyotların” sözü “helikopterlərin” sözü ilə əvəz edilsin;
32.2. həmin Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşunları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 2-ci bəndində “uçuş aparatlarının və vertolyotların ekipajları” sözləri “hava gəmisinin heyəti” sözləri ilə əvəz edilsin.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 203 (Cild I); 2024, № 1, maddə 74, № 2, maddə 209, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar”ın 1.40.1-ci yarımbəndində “aeroportlar” sözü “hava limanları” sözləri ilə əvəz edilsin.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 206 (Cild I); 2024, № 1, maddə 74) ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.5-ci bəndinin üçüncü cümləsində “aeroportlar” sözü “hava limanları” sözləri ilə əvəz edilsin.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1133 (Cild I); 2024, № 4, maddə 440, № 7, maddə 907) ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 2.4-cü bəndində “aeroportlar (hava limanları)” sözləri “hava limanları” sözləri ilə əvəz edilsin.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 323 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nın 4.12.1-ci yarımbəndində “təyyarələrdə” sözü “hava gəmilərində” sözləri ilə əvəz edilsin.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
37.1. “8479 71 000 0” alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda və “8709” alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin;
37.2. “QRUP 88”də cədvəl üzrə ismin müvafiq hallarında “vertolyotlar” sözü ismin müvafiq hallarında “helikopterlər” sözü ilə əvəz edilsin.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 fevral tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 358 (Cild I) ilə təsdiq edilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin 2.3-cü bəndində “təyyarə” sözü “hava nəqliyyatına sərnişin” sözləri ilə əvəz edilsin.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 mart tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 617 (Cild I) ilə təsdiq edilmiş “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin 2.3-cü bəndində “təyyarə” sözü “hava nəqliyyatına sərnişin” sözləri ilə əvəz edilsin.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli 523 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “11.1.4. Hava nəqliyyatı” paraqrafının ikinci abzasında “pilotların, ekipajların” sözləri “hava gəmisinin heyətinin” sözləri ilə əvəz edilsin.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191 (Cild I) ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
41.1. 2.5.2.3-cü yarımbəndin ikinci cümləsində “vertolyot” sözü “helikopter” sözü ilə və “heyət və vertolyot ekipajı” sözləri “hava gəmisinin heyəti” sözləri ilə əvəz edilsin;
41.2. 2.5.2.10-cu yarımbəndin birinci cümləsində “Vertolyotlardan” sözü “Helikopterdən” sözü ilə və “vertolyotdan” sözü “helikopterdən” sözü ilə əvəz edilsin;
41.3. 2.5.25-ci yarımbəndin adında “vertodromlarla” sözü “helikopter meydançaları” sözləri ilə və 2.5.25.1-ci yarımbənddə “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilsin;
41.4. 5.5.1.1-ci yarımbəndin ikinci abzasında “, təyyarələrdə və digər uçan aparatlarda” sözləri “, hava gəmilərində” sözləri ilə əvəz edilsin.
42. “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112, № 3, maddə 319, № 4, maddə 443) aşağıdakı dəyişikliklər edilsin:
42.1. adında (hər üç halda), 1-ci, 2-ci və 3-cü hissələrdə “aeroportlarında (hava limanlarında)” sözləri “hava limanlarında” sözləri ilə əvəz edilsin;
42.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın və həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın adlarında “aeroportlarında (hava limanlarında)” sözləri “hava limanlarında” sözləri ilə əvəz edilsin;
42.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları” üzrə:
42.3.1. adında, 1.1-ci, 1.2-ci bəndlərdə, 2.1-ci bəndin birinci cümləsində, 3.1-ci bəndin birinci cümləsində (hər iki halda), 3.3-cü, 3.5-ci bəndlərdə və 4.7-ci bəndin birinci cümləsində ismin müvafiq hallarında “aeroportlar (hava limanları)” sözləri ismin müvafiq hallarında “hava limanları” sözləri ilə əvəz edilsin;
42.3.2. 1.2-ci bənddə “aeroport” sözü “hava limanı” sözləri ilə və “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin;
42.3.3. 2.1-ci bəndin birinci cümləsində və 2.3-cü bənddə “aeroportun (hava limanının)” sözləri “hava limanının” sözləri ilə əvəz edilsin.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 672 (Cild I); 2024, № 5 (II kitab), maddə 611, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
43.1. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.3. aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar – mülki aviasiyanın təhlükəsizlik sisteminin vəziyyətinin qiymətləndirilməsi, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın tələblərinə uyğunluğunun müəyyən edilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə keçirilən tədbirlərin məcmusu;”;
43.2. 3.15-ci bənddə “uyğunluğu yerində yoxlanılır və yoxlamanın nəticələrinə dair bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada akt” sözləri “uyğunluğunun yerində yoxlanılması üçün aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar aparılır və yoxlamanın nəticələrinə dair hesabat” sözləri ilə əvəz edilsin;
43.3. 3.16-cı bənddə “Müfəttiş yoxlamasına dair akt” sözləri “Aviasiya təhlükəsizliyi sahəsində yoxlamalara dair hesabat” sözləri ilə əvəz edilsin;
43.4. 6.1.2-ci yarımbənddə “müfəttiş yoxlamaları” sözləri “aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar” sözləri ilə əvəz edilsin;
43.5. həmin Qaydaya 1 nömrəli əlavə - “Qeydiyyatdan keçmiş yük agentlərinin (məlum yükgöndərənlərin) sertifikatlaşdırılması üçün ərizə”nin “b” bəndində “müfəttiş yoxlaması” sözləri “aviasiya təhlükəsizliyi sahəsində yoxlama” sözləri ilə əvəz edilsin;
43.6. həmin Qaydaya 3 nömrəli əlavə - “Müfəttiş yoxlamasına dair Akt” ləğv edilsin.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 iyul tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1070 (Cild I) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
44.1. “QRUP 87.” hissənin “8709” alt yarımmövqeyinə aid sətrin “Mal mövqeyinin adı” sütununda “aeroportlarda” sözü “hava limanlarında” sözləri ilə əvəz edilsin;
44.2. “QRUP 88.” hissənin “8802” alt yarımmövqeyinə aid sətrin “Mal mövqeyinin adı” sütununda “vertolyotlar” sözü “helikopterlər” sözü ilə əvəz edilsin.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 oktyabr tarixli 380 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1460 (Cild I) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası”nın 2.3-cü bəndində və 3.2.2-ci yarımbəndinin dördüncü cümləsində “təyyarə” sözü “hava nəqliyyatına sərnişin” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 fevral 2025-ci il
№ 26
“Aviasiya haqqında” Azərbaycan...
Qambiya Respublikasının Prezidenti...
İş və istirahət günlərinin yerlərinin...
Litva Respublikasının Prezidenti...
Serbiya Respublikasının Prezidenti...