20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Türkiyə Sibirdən gələn şiddətli soyuqların təsiri altındadır

18-02-2025
IMG

Həftənin ortalarından etibarən Türkiyə Sibirdən başlayan Altay qar fırtınasının təsiri altına düşəcək. Altay qar fırtınası Türkiyənin bir çox bölgəsində təsirli olacaq və temperaturu sürətlə aşağı salacaq. Xüsusilə İstanbul, Mərmərə, İç Anadolu və Qara dəniz bölgələrində güclü qar yağacağı gözlənilir. 

Altay qar fırtınası Sibirdən Türkiyəyə çatan və güclü qar yağmasına və küləyə səbəb olan soyuq hava dalğasıdır. Adını Sibirin cənubunda yerləşən və sərt iqlim şəraiti ilə tanınan Altay dağlarından almışdır. Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozlarına görə, bu soyuq dalğa sabahdan etibarən Türkiyədə təsirli olacaq. Xüsusilə Mərmərə və Qara dəniz bölgələrində temperaturun 6 ilə 10 dərəcə arasında enəcəyi, güclü qar yağacağı proqnozlaşdırılır. 

İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzi (AKOM) həftə ərzində Sibir üzərindən gələn soyuq dalğa ilə temperaturun sürətlə aşağı düşəcəyini və sabah başlayacaq qarın 21-22 fevralda güclənəcəyini açıqlayıb.

Paylaş: