20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib

17-02-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Paylaş: