20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

2026-cı ildə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə Liviya ev sahibliyi edəcək

18-02-2025
IMG

15-16 fevral 2025-ci il tarixlərində Əddis-Əbəbədə keçirilən 38-ci Afrika Birliyi Zirvə toplantısında 2026-cı ildə keçirilməsi planlaşdırılan Türkiyə-Afrika Zirvə toplantısına Liviyanın ev sahibliyi etməsi qərara alınıb.

Qəbul edilən qərar sammitdə iştirak edən Prezident Şurasının sədri Məhəmməd əl-Menfinin rəhbərlik etdiyi Liviya nümayəndə heyətinin göstərdiyi diplomatik səylər nəticəsində qəbul edilib.

Qeyd edək ki, Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsinin ilk toplantısı 2008-ci ildə İstanbulda, ikincisi 2014-cü ildə Ekvatorial Qvineyada, üçüncüsü isə 2021-ci ildə yenə də İstanbulda keçirilib.

Paylaş: