20 fevral 2025, cümə axşamı Bakı, 2°C
IMG-LOGO

 Elektron siqaret çəkmək xərçəng, ağciyər və ürək xəstəlikləri riskini artırır

17-02-2025
IMG

Elektron siqaretlərin insan sağlamlığına yaratdığı risklər barədə araşdırmalar göstərir ki, veyplər düşündüyümüzdən daha zərərlidir. Aparılan elmi tədqiqatlar sübut edib ki, veypin tərkibindəki nikotin asılılıq yaradır.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, elektron siqaret çəkmək ağciyər və ürək xəstəlikləri, xərçəng riskini artırır.

“Veyplərin sinir sistemi pozuntularına yol açması və digər mənfi təsirləri də elmi araşdırmalar nəticəsində təsdiqlənib. Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır.

Unutmayaq ki, sağlam həyat, doğru seçimlərdən başlayır”, - deyə məlumatda qeyd olunub.

Paylaş: