20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

AQTA: Heyvan və quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

17-02-2025
IMG

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Koroşka, Savinska regionlarında blutanq, İsrail Dövlətinin Şimal dairəsində dabaq, Hindistan Respublikasının Çhattisqarh ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, çütdırnaqlı heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş: