Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib
“Ookla” şirkətinin yaratdığı “Speedtest” xidməti ölkələr və ayrıca şəhərlər üzrə internetin orta sürətinə görə reytinqini açıqlayıb. Hər iki halda mobil və stasionar internet nəzərə alınıb. Məlumata görə, Azərbaycan yanvar ayında mobil internetin sürətinə görə (70,65 Mbit/s) bir pillə irəliləyərək 104 ölkə arasında 54-cü yerdə qərarlaşıb.
Fhnews.az reytinqə istinadla xəbər verir ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub (545,94 Mbit/s). Digər zəngin ərəb ölkələri, həmçinin Bolqarıstan, Braziliya, Gürcüstan və Cənubi Koreya da ilk yerləri tutub. Qərbi Avropa ölkələri arasında ilk onluğa yalnız Danimarka düşüb. Son yeri 1.88 Mbit/s sürətlə Eritreya tutub.
Azərbaycan 2025-ci ilin yanvarında sürətli internet göstəricisinə görə 152 ölkə arasında 90-cı yerdə qərarlaşmışdı. Cari ilin yanvar ayında Azərbaycanda internetin orta sürəti ötən ilin analoji dövrü ilə müqayisədə 90 faiz artaraq 35.25 Mbit/s təşkil edib.
Genişzolaqlı internet sürətinə görə birinci yeri 336,45 Mbit/s nəticə ilə Sinqapur, sonuncu yeri isə 3,04 Mbit/s sürətlə Kuba tutub.
Cari ilin yanvarında Bakı genişzolaqlı internet sürətinə görə 198 şəhər arasında 67.75 Mbit/s sürətlə 115-ci yeri, mobil internetin sürətinə görə isə 85.08 Mbit/s nəticə ilə 152 şəhər arasında 80-ci yeri tutub.
Ötən il dövlət qurumları üçün yaradılmış...
SOCAR hava şəraiti ilə bağlı xəbərdarlıq...
Azərbaycanda iqtisadi şaxələndirməyə və...
Bəzi avtobus marşrutlarının hərəkət...
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu...