21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Fransada idman yarışlarında hicabı qadağan edən qanun layihəsi qəbul edilib

19-02-2025
IMG

Fransada senatorlar idman yarışlarında hicab kimi dini mənsubiyyət simvollarının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə ediblər.

Senatda keçirilən səsvermədə qanun layihəsi 81 əleyhinə, 210 lehinə olmaqla qəbul edilib. 38 senator səsvermədə bitərəf qalıb, 19 senator səsvermədə iştirak etməyib.

Sağ mərkəzçi Respublikaçılar (LR) partiyasından olan senator Mişel Savinin Senata təqdim etdiyi qanun layihəsi çərçivəsində ictimai idman obyektlərində kütləvi namaz qılınmasının qadağan edilməsi də nəzərdə tutulub.

Senatda ictimai hovuzlarda hicablı çimərlik paltarları kimi dini mənsubiyyəti göstərən simvolları və geyimləri də qadağan edən qanun layihəsinin müzakirəsi zamanı solçu və sağ mərkəzçi senatorlar arasında gərginlik yaşanıb.

Solçu senatorlar ümumi assambleyada çoxluğu təşkil edən sağ mərkəzçi LR partiyası senatorlarını bu qanun layihəsi ilə müsəlman qadınları ləkələməkdə günahlandırıblar.
Senatda çıxış edən sosialist senator Sylvie Robert LR partiyasından olan həmkarlarının Senatda müzakirə etmək üçün seçdiyi məsələlərin cəmiyyəti parçaladığına diqqət çəkərək “Bu qanun layihəsinin siyasi məqsədi var ki, bu da dünyəviliyi alətə çevirərək bir dini (İslamı) ləkələməkdir”-deyib. 

Yaşıllar (EELV) partiyasından olan senator Yannick Jadot islamın sağ mərkəzçi senatorlar arasında "vəsvəsə" olduğunu bildirib.

Qeyd edək ki, Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.

Paylaş: