Süni intellektin təsiri: 200 milyard dollarlıq investisiya dalğası
ABŞ-nın çoxmillətli investisiya bankı “Goldman Sachs”un proqnozlarına görə, süni intellekt yaxın illərdə Çin fond bazarında böyük dəyişikliklər yarada və 200 milyard dollarlıq investisiya cəlb edə bilər. Ancaq analitiklər deyirlər ki, bu yüksəlişin daimi olması üçün hökumət iqtisadiyyatı dəstəkləmək üçün addımlar atmalıdır.
Hesablamalara görə, süni intellektin geniş tətbiqi ilə Çində şirkətlərin gəlirləri hər il 2,5 faiz arta bilər.
"Bu, investorların inamını artıra və Çin fond bazarına 200 milyard dollardan çox investisiyaya səbəb ola bilər"-deyə bankın analitikləri bildirib. Lakin ekspertlərin fikrincə, süni intellektin gətirdiyi imkanlardan tam yararlanmaq üçün Çin hökuməti iqtisadiyyatı dəstəkləyən siyasətlər həyata keçirməlidir.
Analitiklərin fikrincə, daxili tələbin artırılması, inflyasiyanın tarazlı saxlanılması, makroiqtisadi qeyri-sabitliyin aradan qaldırılması kimi addımların atılması vacibdir.Əgər bu stimullar təmin edilməzsə, süni intellektin əsas götürdüyü yüksəlişin daimi olmaya biləcəyi bildirilir.
Son illərdə ABŞ fond bazarı süni intellektin təsiri ilə böyük yüksəliş yaşadı. ChatGPT-nin 2022-ci ildə istifadəyə verilməsindən bəri ABŞ fond bazarı təxminən 13 trilyon dollar dəyər qazanıb. Bu dövrdə Çin səhmlərinin performansı aşağı səviyyədə qalıb. “Goldman Sachs” bildirir ki, investorlar Çinin süni intellekt sektoruna ehtiyatla yanaşmalıdırlar. Çünki məlumatların məxfiliyi, tənzimləyici maneələr, milli təhlükəsizlik riskləri və Qərb ölkələrinin texnologiya ixracına məhdudiyyətləri kimi amillər sektorun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.
Lakin Çindəki süni intellekt şirkətləri gələn il ərzində bazar dəyərini 3 trilyon dollar artıra bilsələr, bu, analitiklərin fikrincə, qlobal miqyasda 200 milyard dollarlıq investisiya axını demək olar.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...