Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
Milli Hidrometeorologiya Xidməti fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 metr/saniyə təşkil edəcək.
Naxçıvan Muxtar Respublikası, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Hazırda ölkə ərazisində müşahidə edilən...
ETSN: Bakıda və Abşeron yarımadasında...
Xəzər dənizində dalğanın hündürlüyü 5,5...
Sabah Bakıda və Abşeron yarımadasının...
Qarlı havada travmaya görə Təcili və...