21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

19-02-2025
IMG

Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk Türk Dövlətləri Kuboku keçirilib.

Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, turnirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyalarında olan 50-ə yaxın xizəkçi iştirak edib. Yarışın nəticələrinə əsasən, Azərbaycandan qatılan həvəskar xizəkçilər Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.

Turnirin sonunda qaliblər kubok və medallarla təltif olunublar.

Yarışın keçirilməsinin əsas məqsədi idman sahəsində türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və insanlar arasında xizək idmanına marağı artırmaqdır.

Qeyd edək ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.

Paylaş: