Braziliyada fövqəladə vəziyyət elan edilib
Braziliyanın Amazon bölgəsindəki Buritikupu şəhərində əmələ gələn nəhəng çuxurlar yüzlərlə evi təhlükə altına qoyub. Bu səbəbdən bölgədə fövqəladə vəziyyət elan edilib.
Maranhao əyalətinin Buriticupu şəhərində bir çox bina sökülərək, 55 min nəfərlik əhalinin təxminən 1200-ü böyüyən uçuruma görə evlərini itirmək riski ilə üzləşib.
"The Guardian” qəzetindəki xəbərə görə, son çöküşlər Buriticupu sakinlərinin 30 ildə izlədiyi problemin artması deməkdir. Yağışlar qumlu quruluşuna görə həssaslaşan torpağı tədricən aşındırır və bu problemdə yaxşı planlaşdırılmamış tikinti işləri və meşələrin qırılması da rol oynayır.
Kütləvi torpaq eroziyaları Braziliyada “voçoroka” kimi tanınır.Yerli mənşəli bu söz "torpağı qoparmaq" deməkdir və çuxurlar üçün istifadə olunur. Maranhao Federal Universitetinin coğrafiyaşünası və professoru Marcelino Farias deyir ki, güclü yağışlar zamanı problem daha da pisləşir.
Buriticupu ictimai işlər katibi və mühəndis Lucas Conceiçao bələdiyyənin mürəkkəb çuxur vəziyyətinə həll tapmaq imkanının olmadığını söyləyib.
"Bu problemlər eroziya proseslərindən riskli ərazilərdə insanların çıxarılmasına qədərdir"- deyə Conceiçao bildirib.
Türkiyəni ziyarət edənlərin sayında...
Fransa Port-Buet hərbi bazasını təhvil...
Braziliyada fövqəladə vəziyyət elan...
Los-Anceles meri səhlənkarlıq göstərdiyi...
ABŞ-nın Ədliyyə Naziri Kennedinin qətli...