FHN tərəfindən Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir (video)
Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
DİN hava şəraiti ilə bağlı xəbərdarlıq...
Haçadağda Xocalı soyqırımı qurbanlarının...
Zığ dairəsi-Hava limanı yolunda bəzi...
Azərbaycan Endouroloji Cəmiyyətinin II...
Faktiki hava: Azərbaycanda qısa...