Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.]
FHN: Mingəçevir su anbarında batan...
Bakıda yaşayış binasında yanğın olub,...
Ucarda zəncirvarı qəza olub...
Nərimanov rayonunda beşmərtəbəli binada...
Binəqədidə tullantılar yığılmış sahədə...