22 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Ötən il Britaniyaya miqrasiya edənlərin sayı yarıbayarı azalıb

22-05-2025
IMG

Böyük Britaniyada uzunmüddətli miqrasiya 2024-cü ildə əhəmiyyətli dərəcədə azalıb.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

İlkin hesablamalara görə, 2024-cü ilin dekabrına qədər olan 12 ay ərzində ölkəyə gələnlərlə gedənlər arasındakı fərq, yəni net miqrasiya 431 min nəfər təşkil edib. Bu göstərici 2023-cü ildəki 860 min nəfərlə müqayisədə təxminən 50 faiz azalma deməkdir.

ONS-in əhali statistikası üzrə direktoru Meri Qreqori bu azalmanın əsasən işləmək və təhsil almaq üçün gələnlərin, xüsusilə də tələbələrin ailə üzvlərini özləri ilə gətirmə imkanlarının məhdudlaşdırılması ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, bu azalma vizalara tətbiq edilən yeni məhdudlaşdırıcı qaydaların nəticəsidir. Həmçinin, 2024-cü il ərzində ölkəni tərk edənlərin sayında da (xüsusilə pandemiyadan sonra təhsil vizası ilə gəlmiş şəxslər arasında) artım müşahidə olunub.

Paylaş: