“Azərişıq”ın təqdim etdiyi borc barədə sənəd “mygov” platformasına inteqrasiya olunub
“mygov” platformasında təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənir. Yeni istifadəyə verilmiş xidmət vasitəsilə vətəndaşlar “Azərişıq” ASC tərəfindən təqdim edilən “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənəd”in verilməsi üçün artıq tamamilə elektron formada müraciət edə bilərlər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, bu xidmət indi həm “mygov” portalı, həm də mobil tətbiqində vətəndaşlara əlçatan olub. Sözügedən xidmətin “mygov” platformasına inteqrasiyası “Azərişıq” ASC-nin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə baş tutub. Yeni rəqəmsal xidmətin imkanları sayəsində istifadəçilər abonent kodu əsasında mövcud borc statusunu yoxlaya və rəsmi elektron arayış əldə edə bilirlər.
Daha ətraflı məlumatı Agentliyin saytından əldə etmək olar.
Qeyd edək ki, bu yenilik vətəndaş rahatlığının artırılması, vaxt itkisinin azaldılması və kağızsız xidmət modelinə keçidə xidmət edir.
COP29-un rəhbəri Sankt-Peterburqda Xəzər...
Azərbaycan Astanada hüquqşünasların...
İstanbulda “Qloballaşan dünyada ailənin...
Bakıda “Kənddən Şəhərə” həftəsonu...
Azərbaycan və Qazaxıstan məhkəmə...