Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub
Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.
Mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı ilə bağlı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq mediaturlar təşkil edilir.
Növbəti mediatur Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonuna təşkil edilib.
Məlum olduğu kimi Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.
Minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMA tərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37154 hektar ərazi təmizlənib, 31500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.
Azərbaycan və Qazaxıstan məhkəmə...
Mingəçevirdə evdə partlayış olub (video,...
Azərbaycan çayı FAO-nun baş qərargahında...
Göygöldə 10 kilometrlik avtomobil...
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının...