22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür

21-05-2025
IMG

Paytaxt Astanada Qazaxıstanın bütün bölgələrindən muzey, teatr, kitabxana, mədəniyyət və istirahət təşkilatlarının 700-ə yaxın əməkdaşının iştirak etdiyi Mədəniyyət İşçiləri Forumu davam edir.

Fhnews.az Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, muzey eksponatlarının konservasiyası və bərpası məsələlərinə həsr olunmuş panel iclasında alimlər, tarixçilər və arxeoloqlar iştirak ediblər. Çıxış edənlər Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərdir.

K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrının bazasında teatr sənəti və konsert fəaliyyəti ilə bağlı bir neçə seminar keçirilib.

Paralel olaraq, kitabxana-informasiya sahəsində AI texnologiyalarının tətbiqi, sənədlərin elektron formata çevrilməsi və arxiv yığımı proseslərinin avtomatlaşdırılması ilə bağlı seminarlar keçirilib.

Paylaş: