Böyük Britaniyanı əhatə edən dəniz sularında temperatur sürətlə yüksəlib
Böyük Britaniya sahillərini əhatə edən dəniz sularında son bir həftə ərzində temperatur sürətlə artıb.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, bəzi bölgələrdə suyun istiliyi normadan 4 dərəcə çox qeydə alınıb ki, bu da dəniz canlılarına ciddi təsir göstərə bilər. Milli Okeanoqrafiya Mərkəzinin və Böyük Britaniya Meteorologiya İdarəsinin alimlərinin fikrincə, istilik dalğası İrlandiyanın qərb, eləcə də Kornuoll və Devon sahillərində daha güclüdür. Burada aprel və mayın ilk yarısı üçün qeydə alınan temperatur son 45 ildə müşahidə olunan ən yüksək göstəricidir.
Alimlər bildirirlər ki, iqlim dəyişikliyi qlobal okeanların istiləşməsinə səbəb olur və dəniz istilik dalğalarının baş vermə ehtimalını artırır. Onlar, həmçinin 2025-in ən isti illərdən biri olacağını proqnozlaşdırırlar.“Hazırda vəziyyət son dərəcə gərgindir. Bu həftə dəniz istilik dalğası əhəmiyyətli dərəcədə güclənib”,- deyə Böyük Britaniya Meteorologiya İdarəsində çalışan Seqolen Bertu bildirib.
Süni intellektlə dəstəklənən “fətva...
ABŞ-da yaşayış məntəqəsində təyyarə...
Alimlər Leonardo da Vinçinin genetik...
“Google” alış-verişdən əvvəl virtual...
Almaniyada əhalinin hər dörd nəfərindən...