22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Avstraliyanın şərqində daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib

20-05-2025
IMG

BBC News xəbər verir ki, Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ştatında  yağan güclü yağış ştatın bir çox bölgəsində geniş daşqınlara səbəb olub.

Meteorologiya Bürosu  sahil zolağında təsirli olan yağışlı hava şəraitinin şimala doğru irəlilədiyini və yağışların yaxın günlərdə də intensiv olaraq davam edəcəyini bildirib.

Bu çərçivədə,  Yeni Cənubi Uels ştatının Hunter Vadisi və Orta Şimal Sahil bölgələrində daşqınlar səbəbiylə minlərlə insan təxliyə edilib.

Ştatın  fövqəladə hallar xidmətləri, Hunter bölgəsindəki bir çox evin bir gecədə boşaldıldığını, Dungog və Patersondakı bəzi küçələrdə yerli vaxtla saat 23:30-a qədər evakuasiya əmrinin verildiyini söyləyib.

Fövqəladə hallar ekipajları  ştatda yardım üçün 2000-dən çox müraciət aldığını, onlardan 1400-nə cavab verildiyini və 60 nəfərin təxliyə edildiyini bildirib. Ştatda həyata mənfi təsir göstərən leysan yağışlar və daşqınlar nəticəsində 4000-dən çox ev təsərrüfatı işıqsız qalıb.

Səlahiyyətlilər bölgədəki bir çox yolun nəqliyyat üçün bağlandığına və infrastrukturun zədələndiyinə diqqət çəkərək, qrupların kəsintiləri və infrastruktur problemlərini aradan qaldırmaq üçün intensiv işlədiyini bildirib.

Təbii fəlakətlə mübarizə çərçivəsində bölgələrə 1600 təcili yardım işçisi göndərilib, 68 məktəbdə təhsilə ara verilib.

Paylaş: