Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb
Trek velosipedi üzrə Azərbaycan yığmasının üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.
Azərbaycan Velosiped Federasiyasından bildirilib ki, idmançı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.
Viktoriya Sidorenko bu nəticə ilə aktivinə 80 reytinq xalı da əlavə edib.
Formula 1 Azərbaycan Qran-Prisi:...
Bu gün Avropa Liqasının qalibi bəlli...
“Heydər Əliyev Kuboku-2025”:...
Azərbaycan idmançıları Avropa...
Dünya çempionatında yüksək nəticələr...