Müharibələr və mikroplastiklər arılar üçün təhlükə yaradır
Müharibə zonaları, mikroplastiklər və işıq çirklənməsi dünya arıları üçün yeni təhlükələr yaradır.
Arı mütəxəssisləri növbəti onillikdə tozlandırıcıların itkisini sürətləndirə biləcək 12 yeni təhlükə müəyyən ediblər.
“Qlobal Pollinatorların Qorunması üçün İmkanlar və Yaranan Təhdidlər” adlı hesabatda qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi kimi müharibələr ölkələri daha az növ məhsul yetişdirməyə məcbur edir, tozlandırıcıları mövsüm boyu müxtəlif qidalardan məhrum edir.
Reading Universitetinin alimləri həmçinin Avropada arı pətəklərini çirkləndirən mikroplastik hissəciklər tapıblar. 315 bal arısı koloniyasını sınaqdan keçirən tədqiqatçılar əksər pətəklərdə PET plastik kimi sintetik materiallar aşkar ediblər.
Müəlliflərin fikrincə, küçə işıqları kimi süni işıqlar da gecə pollinatorlarının çiçək ziyarətlərini 62 faiz azaldır. Həmçinin məlum olub ki, havanın çirklənməsi onların yaşamasına, çoxalmasına və böyüməsinə təsir edir.
Antibiotiklər arı pətəklərini və balı çirkləndirir, tozlandırıcının davranışına təsir edir və yem axtarışını və çiçək ziyarətlərini azaldır. Pestisid "kokteylləri" də qrup tərəfindən yeni təhlükələr kimi müəyyən edilib.
Hesabatın aparıcı müəllifi, Reading Universitetinin professoru Saymon Potts araşdırmasını belə əsaslandırıb :
“Erkən tədbirlər görməklə biz zərəri azalda və tozlandırıcıların təbiətdə və qida istehsalında mühüm işlərini davam etdirməsinə kömək edə bilərik. Müxtəlif mühafizə imkanları artıq mövcuddur.
Bu, təkcə müdafiə məsələsi deyil. Pollinatorlar qida sistemlərimizin, iqlimə davamlılığımızın və iqtisadi təhlükəsizliyimizin mərkəzidir. Tozlayıcıları qorumaq özümüzü qorumaq deməkdir.”
Hesabatda dünya arılarının qorunması üçün müxtəlif tədbirlər də öz əksini tapıb. Bunlara antibiotiklərlə çirklənməni məhdudlaşdırmaq üçün daha güclü qanunlar, havanın çirklənməsini azaltmaq üçün elektrikli nəqliyyat vasitələrinə keçid və daha çox polen və nektar ehtiva edən bitkilərin yetişdirilməsi daxildir.
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...