22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Süni intellekt ölüm riskini tək bir fotoşəkillə müəyyən edir

20-05-2025
IMG

“The Lancet Digital Health” jurnalında dərc olunan yeni araşdırma, tək bir fotoşəkildən bioloji yaşı təxmin edən "FaceAge" adlı dərin öyrənmə modelini təqdim edib. 59.000-dən çox sağlam insanın fotoşəkilləri üzərində təlim keçmiş bu model qocalmanın bioloji izlərini millimetr dəqiqliyi ilə təhlil edir.

Həqiqi yaşlarından daha yaşlı görünən insanların erkən ölüm ehtimalının  yüksək olduğunu təyin edən “FaceAge”-nin həkimlərin qiymətləndirmələrində də istifadə edilməsi gözlənilir.

Maraqlıdır, bu inkişaf güzgüdə hər gün gördüyümüz üzün həyati əlamətlər daşıya biləcəyi anlamına gəlir?

Normal həyati əlamətlər  nəbz, temperatur, tənəffüs və qan təzyiqi kimi obyektiv fizioloji ölçülərdir. Bununla belə, bu araşdırma bir fotoşəkilin ən azı bu məlumatlar qədər önəm daşıya biləcəyini göstərir. Məlum olub ki, xarici görünüşlə bioloji yaş arasındakı fərq xüsusilə xərçəng xəstələrində nəzərə çarpacaq dərəcədə aydın görünür. Bu texnologiyanın psixi sağlamlığa da müxtəlif təsirləri ola biləcəyi düşünülür.

Lakin ekspertlər xəbərdarlıq edir ki, artıq zahiri görünüşə aludə olan bir mədəniyyətdə “FaceAge” təhlükəli ola bilər.

Paylaş: