Ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri keçirilir
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təşəbbüsü ilə ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri davam edir.
Bu barədə ali məktəbdən məlumat verilib.
Növbəti görüş Lənkərandan seçilmiş Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə Bakı Ali Neft Məktəbində təhsil alan Lənkəran rayonundan olan tələbələrin iştirakı ilə keçirilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
BANM-in gənc yazarı, gələcəyin mühəndisi, I kurs kimya mühəndisliyi tələbəsi Nihad Namazov özünün “Nədir Adım?” adlı kitabını Fariz İsmayılzadəyə təqdim edib.
Taksi sürücüləri üçün iyunun 19-da...
Agentlik: Bir neçə Azərbaycan mahnısının...
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil...
Bakı İlahiyyat Kollecinin dini-mənəvi...
Növbəti tədris ilində məktəblərdə ilk...