Fövqəladə Hallar Nazirliyi tərəfindən “dəyirmi masa” keçirilib
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi, təxliyə planlarının işlənilməsi və həyata keçirilməsi sahəsində birgə fəaliyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
“Dəyirmi masa”da FHN-in Aparatı və qurumlarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Bakı şəhər Baş Polis İdarəsinin, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin, Bakı Sukanal İdarəsinin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Təmiz Şəhər” ASC-nin məsul nümayəndələri, eləcə də Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanları və digər aidiyyəti qurumlarla hər il keçirilən birgə tədbirlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətindən danışıb.
Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev FHN-in müvafiq qurumlarının və regional mərkəzlərinin yerli aidiyyəti orqanlarla əlaqəli fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və digər natiqlər fövqəladə hallarla mübarizə üzrə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.
İnteraktiv formada keçirilən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Sabah Bakıda 29 dərəcə isti olacaq...
“Araz-2025” birgə təlimi uğurla başa...
“Azərişıq”ın təqdim etdiyi borc barədə...
Qafqaz Müsəlmanları İdarəsi Qurban...
Əmək miqrasiyasının ailə strukturlarına...