22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Britaniyalı alpinistlər ksenondan istifadə edərək Everestə dırmanıblar

22-05-2025
IMG

Dörd britaniyalı alpinist ksenondan istifadə edərək Everest zirvəsinə ilk qalxan şəxslər olub.

Fhnews.az xəbər verir ki, bu, onlara alpinistlərin yüksək hündürlüyə alışması üçün zəruri olan bir neçə həftəyə qənaət etməyə kömək edib.

Adətən alpinistlər dünyanın ən hündür dağının zirvəsinə qalxmağa cəhd etməzdən əvvəl bədənlərinə yüksək hündürlüklərə uyğunlaşma şansı vermək üçün dağda bir neçə həftə və ya hətta aylar keçirirlər. Alpinist lazımi qədər uyğunlaşmadığı təqdirdə dırmaşmaq son dərəcə təhlükəlidir.

Ekspedisiyanı təşkil edən Avstriyanın “Furtenbach Adventures” şirkətindən Lukas Furtenbax deyib ki, ekspedisiyadan əvvəl Almaniyada ksenonla tənəffüs edən britaniyalı alpinistlər Londonu tərk etdikdən sonra beş gündən az müddətdə 8848 metrlik zirvəni fəth ediblər.

Dağa qalxmazdan əvvəl onlar yüksək dağlıq yerlərdəki şəraiti imitasiya edən xüsusi çadırlarda yatıblar və digər alpinistlər kimi qalxma zamanı əlavə oksigendən istifadə ediblər.

Ksenon yer atmosferində çox az miqdarda olan və keyidici xüsusiyyətlərə malik, tibbdə istifadə edilən rəngsiz, qoxusuz bir qazdır. Ksenon iqlimə uyğunlaşmanı yaxşılaşdırır və bədəni yüksəklik xəstəliyindən və hipoksiya mühitinin təsirindən qoruyur.

Ksenon dağaqalxma prosesini daha təhlükəsiz və daha qısa edir, çünki alpinistlərə yetərincə uyğunlaşmağa imkanı yaradır.

Furtenbaxın sözlərinə görə, daha qısa ekspedisiya həm də daha az tullantı, daha az resurs deməkdir. Alpinistlərin qoyub getdiyi zibil qalaqları son illərdə Everestdə problemə çevrilib.

Nepal martdan may ayına kimi cari Everestə qalxma mövsümü üçün 468 alpinistə icazə verib. Onlardan 200-dən çoxu artıq zirvəyə qalxıb.

Paylaş: