22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Hesablama Palatasının nümayəndə heyəti “Rusiya-İslam Dünyası: Kazanforum” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib

19-05-2025
IMG

“Rusiya-İslam Dünyası: Kazanforum” XVI Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiya Hesablama Palatasının təşkilatçılığı ilə keçirilmiş “Müasir dünyada, dövlət və cəmiyyət mənfəətlərinin müdafiəsində dövlət auditinin rolu” mövzusunda sessiyada Azərbaycan Hesablama Palatasını auditor Cavid Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Fhnews.az Hesablama Palatasına istinadla xəbər verir ki, nümayəndə heyətinin rəhbəri “Ali Audit Orqanlarının fəaliyyətinin inkişafı yolu ilə yüksəkkeyfiyyətli (əlavə) dəyər yaratmağın konseptual xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan Hesablama Palatasının təcrübəsi, dövlət hakimiyyəti orqanları və digər maraqlı tərəflərlə qurulan işgüzar əlaqələr, həmçinin 2021-2025-ci illəri əhatə edən Strateji Plan və 2024-cü il üçün əməliyyat planının icrası çərçivəsində əldə olunan bir sıra fərqləndirici nailiyyətlər barədə ətraflı məlumat verilib.

Forum çərçivəsində, həmçinin Rusiya Hesablama Palatası və Tatarıstan Respublikası Hesablama Palatasının rəhbər şəxsləri ilə görüş keçirilib, qarşılıqlı əməkdaşlığın inkişafı və praktiki əhəmiyyət kəsb edən yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş: