22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Yunanıstanda pasport nəzarətində yeni dövr başlayır

20-05-2025
IMG

Afina yeni biometrik sistemdə AB üzvü olmayan vətəndaşların rəqəmsal qeydlərinin alınaraq 3 il müddətində saxlanacağını açıqlayıb. Yeni sistemlə pasportlara əllə möhür vurma praktikasına son qoyulacaq. Barmaq izləri və üz skanı kimi biometrik məlumatlar toplanacaq. Yeni sistemin 2025-ci ilin oktyabr ayından etibarən qüvvədə olması gözlənildiyi halda, Brexitdən sonra Aİ vətəndaşlığı imtiyazını itirmiş Britaniya pasportu sahibləri də daxil olmaqla, digər ölkə vətəndaşlarının pasportlarına əl ilə möhür vurma təcrübəsi dayandırılacaq.

Paylaş: