22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Azərbaycanın olimpiya mükafatçısı “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb

19-05-2025
IMG

Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Azərbaycan taekvondoçusu, “Paris-2024”ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

Tədbirdə Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.

Paylaş: