22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

İspaniyada mobil elektrik şəbəkələri qəzaya uğrayıb

20-05-2025
IMG

İspaniyanın “Telefónica” telekommunikasiya infrastrukturunda yaranan texniki nasazlıq səbəbindən bütün ölkədə ciddi rabitə problemləri yaşanıb. Hadisə son həftələrdə elektrik enerjisinin kəsilməsindən sonra baş verib.

Nasazlıq İspaniyanın bir çox yerlərində “Telefónica” xidmətlərinə təsir göstərərək, xüsusilə stasionar telefonlarda ciddi fasilələrə səbəb olub.

Mobil səs xidmətləri də qismən sıradan çıxıb və təcili yardım xətlərinə müraciət etmək mümkün olmayıb.

Araqon, Ekstremadura, Bask ölkəsi və Valensiya kimi muxtar bölgələrdə 112 təcili yardım nömrəsinə zəng etmək mümkün olmayıb.

Yerli hökumətlər vətəndaşlara alternativ telefon nömrələri vasitəsilə xidmət göstərildiyini açıqlayıb. İspaniya mətbuatının məlumatına görə, fasilələr çərşənbə axşamı saat 2 radələrində başlayıb.

Downdetector məlumatlarına görə, istifadəçilərin 72 faizi xidmətin tam kəsilməsini, 18 faizi siqnal itkisini, 10 faizi isə girişin tam bloklandığını bildirib.

İspaniyanın Rəqəmsal Transformasiya və İctimai Xidmətlər Nazirliyi kəsilmə ilə bağlı vəziyyəti yaxından izlədiklərini açıqlayıb.

Yerli vaxtla saat 10:30-dan etibarən Valensiya, Araqon, La Rioja və Əndəlus kimi bəzi bölgələrdə xidmətlər tədricən normallaşmağa başlayıb.

112 xəttinin bəzi yerlərdə, xüsusən də Valensiya bölgəsində yenidən işə salındığı bildirilib.

Qeyd edək ki, İspaniya son vaxtlar geniş yayılmış elektrik kəsintiləri ilə mübarizə aparır və bu, ölkə daxilində böyük fasilələrə səbəb olur.

Paylaş: