22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Ankaradakı beynəlxalq çay festivalında Azərbaycan geniş təmsil olunub

22-05-2025
IMG

Səudiyyə Ərəbistanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə diplomatik nümayəndəliyin Ankaradakı iqamətgahında keçirilən “Asiya və Sakit Okeanına çay səyahəti” adlı beynəlxalq çay festivalında Azərbaycan da təmsil olunub.

Fhnews.az xəbər verir ki, müxtəlif ölkələrin yerli çay məhsulları və milli mətbəxinin təqdim olunduğu tədbirdə Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü, diplomatik missiyaların nümayəndələri, yüksəksəviyyəli rəsmilər də iştirak ediblər.

Festivalda ölkəmizi Azərbaycanın Türkiyədəki səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mərkəzin təşkil etdiyi stendə milli mədəniyyətimizə aid çay dəsgahı, Azərbaycan çayı, milli şirniyyatlar, mürəbbələr, milli mətbəximizdən nümunələr, habelə suvenirlər, milli geyimli kuklalar, kəlağayılarımız, xalçalarımız yer alıb.

Festivalda Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, Küveyt, Pakistan, Qazaxıstan, Türkmənistan, Avstraliya, Qırğızıstan, Cənubi Koreya, Hindistan, Şri-Lanka, Kamboca, İran, Livan, Tailand kimi ölkələr öz çay mədəniyyətlərini stendlər vasitəsilə nümayiş ediblər.

Açılış mərasimindən sonra iştirakçı ölkələri təmsil edən musiqi və rəqs qruplarının çıxışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının ifa etdiyi milli rəqslərimiz alqışlarla qarşılanıb.

Paylaş: