Asteroidləri tədqiq edəcək “Tyanven-2” zondu mayın sonunda kosmosa buraxılacaq
Asteroidləri tədqiq edəcək “Tyanven-2” zondu Çindəki Siçan kosmodromunun texniki zonasında planlaşdırılan montaj, sınaq və yanacaq doldurulması proseslərini başa vurduqdan sonra buraxılış meydançası sahəsinə çatdırılıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, onun buraxılışı mayın sonuna planlaşdırılır.
Qurğunun əsas vəzifəsi Yerin kvazipeyki olan Kamoaleva asteroidindən torpaq nümunələrinin toplanması və Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən 311P kometasının tədqiqi olacaq. Missiyanın məqsədi kiçik göy cisimlərinin tərkibi, quruluşu və təkamülü haqqında məlumat əldə etməkdir.
Çin Milli Kosmik İdarəsindən (CNSA) verilən məlumata görə, “Tyanven-2” buraxılış missiyasını yerinə yetirəcək “Long March-3B Y110” daşıyıcı raketi mayın 14-də texniki sahədən qaldırma və yerləşdirmə əməliyyatlarının tamamlandığı buraxılış meydançası sahəsinə köçürülüb.
Almaniyada əhalinin hər dörd nəfərindən...
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...