22 may 2025, cümə axşamı Bakı, 21°C
IMG-LOGO

Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

22-05-2025
IMG

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 21-də Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, qurumun İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaya zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlanamağa dəvət edilib.

Görüşün davamı olaraq nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, “Novus Plastica” MMC-nin polimer materialların emalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.

Paylaş: