Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Mayın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi MSK- ın iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın martın 18-də keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt- Abşeron-Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl- Daşkəsən-Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda həmçinin cari məsələlərə də baxılıb.
Keçmiş münaqişə dövründə Ermənistanın...
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən...
İcma: Ermənistanın Qərbi Azərbaycan...
Mərkəzi Seçki Komissiyasının iclası...
Məhkəmədə nümayiş olunan videomaterialda...