Hindistanın "Silikon Vadisi"ndə güclü yağış ölümlə nəticələnib
Hindistanın cənubunda ölkənin "Silikon Vadisi" kimi tanınan Benqalur şəhərində güclü yağış və daşqınlar nəticəsində 3 nəfər həyatını itirib. Andaman dənizi üzərində siklon birləşmələri səbəbindən musson öncəsi güclü yağışlar bu gün də davam edib.
BBC-nin verdiyi xəbərə görə, 12 yaşlı uşaq da daxil olmaqla üç nəfər Benqalurun bəzi hissələrini vuran leysan yağışları və daşqınlar nəticəsində həlak olub.
Qeyd edək ki, Bengaluru Hindistanın aparıcı qlobal texnologiya şirkətlərinə ev sahibliyi edir, buna görə də ABŞ həmkarı ilə müqayisədə "Hindistanın Silikon Vadisi" kimi tanınır.
Mayın 19-u şəhərin bir çox hissəsinə 100 millimetr yağış yağıb. Mediaya verdikləri açıqlamada Hindistan Meteorologiya Xidmətinin rəsmiləri bildiriblər ki, Banqalurda bu, nadir hadisədir.
Yağışın yaratdığı iri gölməçələr və nəqliyyat sıxlığı ilə yanaşı, leysan yağışlar da bölgəyə ziyan vurub.
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...