“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın daha 10 boksçusu mərhələ adlayıb
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri davam edir.
Azərbaycan Boks Federasiyasından bildirilib ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə oğlanlar 1/4 final, qızlar 1/2 final döyüşlərinə çıxıblar.
Azərbaycan millisinin 10 boksçusu günü qələbə ilə başa vurublar. 8 oğlan boksçumuz yarımfinala, 2 qız idmançımız finala vəsiqə qazanıb.
Bakı Boks Mərkəzində keçirilən turnirin dördüncü günündə oğlanlar arasında 28, qızlarda 7 döyüş olacaq.
Oğlanlar
1/4 final
44 kiloqram
Əli Ruşanov (Azərbaycan) – Nicat Abdullayev (Azərbaycan) – 5:0
Həsrət Məmmədov (Azərbaycan) – Şotiko Sidamonidze (Gürcüstan) – 5:0
Həsən Sərdərli (Azərbaycan) – Abdulloh Nuraliyev (Özbəkistan-2) – 4:1
46 kiloqram
Qardaş Rəhimov (Azərbaycan) – Şamil Nəcəfov (Azərbaycan) – 5:0
50 kiloqram
Məhəmməd Rəsulov (Azərbaycan) – Oğuz Həsənov (Azərbaycan) – 4:1
60 kiloqram
Şahin Aslanov (Azərbaycan) – Temur Pavliaşvili (Gürcüstan) – 5:0
66 kiloqram
Nurlan Süleymanov (Azərbaycan) – Kirill Sorokovikov (Rusiya) – 4:1
70 kiloqram
Şükar Əliyev (Azərbaycan) – Adil Zalov (Azərbaycan) – 1:4
Qızlar
1/2 final
48 kiloqram
Arina Kmita (Belarus) – Gülər Hüseynova (Azərbaycan) – 0:5
52 kiloqram
Viktoriya Dorofeyeva (Belarus) – Cəmilə Muradlı (Azərbaycan) – 0:5
Viktoriya Bişler (Qazaxıstan) – Zəhra Məmmədova (Azərbaycan) – 2:3
Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Formula 1 Azərbaycan Qran-Prisi:...
Bu gün Avropa Liqasının qalibi bəlli...
“Heydər Əliyev Kuboku-2025”:...
Azərbaycan idmançıları Avropa...
Dünya çempionatında yüksək nəticələr...